"Hyundai"dan "Land Cruiser"ə rəqib - FOTO

Hyundai şirkəti Avstraliya, Yaxın Şərq və Şimali Amerika bazarlarında satılacaq və Toyota Land Cruiser modeli ilə rəqabət aparacaq iri ölçülü ofrouder hazırlamaq fikrindədir. Koreya istehalçısının model xəttində yeni ofrouder səkkiz yerli Palisade modelindən bir pillə yuxarıda qərarlaşacaqdır.
Avstraliyanın Car Sales saytının məlumatına əsasən Hyundai ofrouderi Land Cruiser modelindən bir neçə santimetr uzun olacaqdır. Lakin, rama üzərində inşa edilən Toyota LC 200 modelindən fərqli olaraq koreya ofrouderi aparıcı kuzova malik olacağı ehtimalından danışılır.
Çox güman ki, ofrouder Kia Stinger modelindən tanış olan 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik iki turbokompressorlu V6 və 413 at qüvvəli 5,0-litrlik V8 atmosfer mühərrikinə sahib olacaqdır. Müəyyən bazarlarda avtomobil dizel aqreqatı ilə də təklif olunacaqdır.
Xatırladaq ki, Hyundai Palisade modelinin carçısı olan HDC-2 Grandmaster konseptual krossoveri bu ilin iyun ayında Pusanda keçirilən avtosalonda nümayiş etdirilibdir. Konseptin seriya variantının ilin sonuna qədər debüt edəcəyi gözlənilir. (Autograph)
O.Ə.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












