İkinci əl avtomobil bazarında satışlar azalıb – RƏSMİ - FOTO

“Quick Finans” və “SmartIQ” tərəfindən hazırlanan İşlənmiş Avtomobil Hesabatının aprel ayı üzrə nəticələri açıqlanıb.
Avtsofer.az xəbər verir ki, hesabata əsasən, işlənmiş avtomobil bazarında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalıb.
Məlumata görə, 2026-cı ilin aprel ayında yeni avtomobil və yüngül kommersiya nəqliyyat vasitələrinin satışları əvvəlki ilin eyni ayı ilə müqayisədə 1 faiz azalaraq 104 min 298 ədəd təşkil edib. Bununla belə, mart ayı ilə müqayisədə bazarda 2 faizlik artım qeydə alınıb.
Yanvar-aprel aylarını əhatə edən dövrdə isə ümumi satışlar ötən ilin analoji dövrü ilə müqayisədə 3,13 faiz azalaraq 369 min 696 ədədə düşüb. Hesabatda qeyd olunur ki, ilin əvvəlindən davam edən daralma aylıq olaraq zəifləsə də, bazarda tam bərpa müşahidə olunmur.

Araşdırmaya əsasən, distribyutorların tətbiq etdiyi qiymət endirimləri və müxtəlif kampaniyalar bazara müəyyən təsir göstərib. Bununla yanaşı, işlənmiş avtomobil bazarında xüsusilə 15 ilə qədər yaşı və 350 min kilometrədək yürüşü olan nəqliyyat vasitələrinə tələbatın azaldığı bildirilib.
Hesabatda vurğulanır ki, işlənmiş avtomobil bazarı iqtisadi proseslərdən və qlobal qeyri-müəyyənlikdən yeni avtomobil sektoruna nisbətən daha çox təsirlənir. Aprel ayında satışlarda müəyyən canlanma müşahidə olunsa da bazar hələ də ötən ilin göstəricilərindən geri qalır.
Belə ki, mart ayında 323 min 570 ədəd olan işlənmiş avtomobil satışı aprel ayında 334 min 154 ədədə yüksələrək aylıq təxminən 3 faiz artım göstərib. Buna baxmayaraq, bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə təxminən 15 faiz aşağıdır.
Hesabatda qeyd olunur ki, işlənmiş avtomobil bazarında nəqliyyat vasitələrinin stokda qalma müddəti də artıb. Mart ayında orta hesabla 45 gün olan göstərici aprel ayında 46 günə yüksəlib. Yüngül kommersiya nəqliyyat vasitələri üzrə isə bu müddət 44 gün səviyyəsində sabit qalıb.
İşlənmiş yüngül kommersiya avtomobilləri bazarında da aprel ayında məhdud canlanma müşahidə olunub. Mart ayında 46 min 125 ədəd olan satışlar aprel ayında 47 min 398 ədədə yüksəlib. Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə satışlar təxminən 24 faiz azalıb.
Hesabatda 15 yaşdan yuxarı avtomobillərə marağın davam etdiyi də vurğulanıb. Aprel ayında bu seqment üzrə satışlar 129 min 451 ədədə çatıb. Orta qiymətlər isə 411 min manatdan 414 min manata yüksəlib. Ekspertlər hesab edirlər ki, münasib qiymətli avtomobillərə maraq bazarda hələ də yüksək olaraq qalır.
Eltac Zülfüqaroğlu
“Belarus” traktorların mühərrikində ciddi problem aşkarlandı - FOTO
Ruslar Çindən işlənmiş “Toyota” və “Volkswagen” daşıyırlar
ABŞ-də iqtidar və müxalifət Çin avtomobillərinə qarşı birləşdi
Almaniyanın avtomobil sektorunda 225 min əməkdaş ixtisar ediləcək
Rusların əfsanəvi avtomobili yeni dizaynda - FOTO
"BYD" işlənmiş avtomobillərin satışını bloklayır
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA










