Jaguar şirkəti yeni əmtəə nişanını qeydə alıb

aguar şirkəti Avropa patent bürosunda yeni əmtəə nişanını - J-Type adını qeydə alıbdır. AutoGuide nəşrinin məlumatına görə, Jaguar J-Type modeli Jaguar F-Type kupesinin potensial xələfi ola bilər.
2016-cı ilə Jaguar markasının baş dizayneri Yan Kallum Road&Track nəşrinə verdiyi müsahibədə F-Type modelini əvəzləyəcək avtomobilin ortamühərrikli olacağını bildirmişdir. Əslində, ilkin olaraq, Jaguar F-Type modelinin konsepsiyası onun ortamühərrikli olmasını nəzərdə tuturdu. Eyni zamanda, mütəxəssislər J-Type modelinin 2+2 oturacaq formuluna malik olan dəbdəbəli Grand Tourer olacağını da ehtimal edirlər.
Kallum belə bir avtomobilin ingilis istehsalçısının model cərgəsində peyda olma ehtimalı barədə də bildirmişdir. Məlumdur ki, Jaguar elektrik hiperkarının istehsalı barədə də düşünür. Bir sözlə ehtimallar çox əmtəə nişanı isə bir ədəddir. Hazırda Jaguar şirkətinin model cərgəsində E-Pace və F-Pace krossoverləri, elektrik i-Pace modeli, F-Type sportkarı, XE, XF və XJ sedanları, həmçinin XE universalı da mövcuddur. (autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












