"Kia" K9 premium sedan modelinin istehsalını dayandırır - Səbəbi isə...

"Kia" 2026-cı ilin sonuna qədər flaqman sedanı olan K9 (K900) modelinin istehsalını dayandıracağını açıqlayıb.
Avtosfer.az Drom.ru-ya istinadən xəbər verir ki, "Hyundai-Kia" konserninin model sıralamasında K9 həmişə eyni platformada istehsal olunan Genesis G90 modelindən sonra ikinci planda yer alıb. Bununla belə, Kia K9 daha münasib qiymətə təklif olunurdu.
Salonun keyfiyyəti, təchizat səviyyəsi və modifikasiya seçimlərinə görə Genesis G90-dan geri qalsa da, Kia K9 həmin modeldə istifadə olunan bütün mühərrik variantları, o cümlədən 5,0 litrlik V8 mühərriki ilə təqdim edilirdi. Son nəsildə isə avtomobil tam ötürücülü versiyada da satışa çıxarılmışdı.

Populyarlığının ən yüksək dövründə Kia K9 Cənubi Koreya, ABŞ, Kanada, Rusiya, BƏƏ və Latın Amerikasının bəzi ölkələrində satılırdı. Son iki ildə isə model yalnız Cənubi Koreya bazarı üçün istehsal olunurdu.
K9-un istehsalının dayandırılması bazar üçün gözlənilməz qərar sayılmır. Çünki son illərdə iri sedanlara tələbat kəskin azalıb. Belə ki, Cənubi Koreyada 2025-ci ildə cəmi 1 581 ədəd K9 satılıb, 2026-cı ilin ilk altı ayında isə bu göstərici 734 olub.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












