Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO

Azərbaycanda orta yaşlı sürücülər ölkədə sonuncu dəfə nə vaxt benzin qıtlığı olduğunu xatırlamırlar. Ən azından XXI əsrdə belə problemlə üzləşməmişik. Analogiya aparsaq, Azərbaycanın Rusiya ilə müqayisədə daha irəlidə olduğunu görərik: Rusiyada yanacaq böhranı xroniki hal alıb, istehsal olunan məhsullar müharibəyə yönləndirilir. Elə orduda da qıtlıq yoxdur demək düz olmaz. Azərbaycnda isə 44 günlük Vətən müharibəsində belə, yanacaq təchizatı ilə bağlı heç bir çətinlik olmadı.
Amma 30-40 il əvvəl belə deyildi.
Avtosfer.az xəbər verir ki, SSRİ dünyanın ən böyük neft ehtiyatlarına sahib olsa da, yanacaq qıtlığı hər zaman hiss edilib. Xüsusilə də yüksəkoktanlı Aİ-93 (indiki standartla 92) benzini ilə bağlı. Bu səbəbdən sürücülər uzaq yola çıxanda (istər Azərbaycan SSR daxilində, istərsə də digər “qardaş respublikalara”) yolda qalmamaq üçün ehtiyat benzin götürürdülər. Bunun üçün də ən rahat vasitə 20 litrlik metal kanistrlər idi. Bəs kanistrlər başlanğıcını haradan götürürdü?
Sovet İttifaqında konistrlərin kütləvi istehsalı İkinci Dünya müharibəsindən sonra başladı. Sistem sadə idi: Almaniyadan müsadirə olunmuş zavodu gətirib bir şəhərdə quraşdırmaq və istehsala başlamaq. SSRİ-də məşhur 20 litrlik kanistrlər 90-ci illərin sonunadək kütləvi istehsal edildi. Hətta 70-ci illərdə az miqdarda olsa da, polad əvəzinə alüminiumdan istifadə olundu. Tələbat da yüksək idi. 70-ci illərdən bütün ittifaqa sirayət etmiş yanacaq oğurluğu rahat istifadə edilən qablara tələbatı artırırdı. Avtobazadan, hərbi hissədən oğurlanan yanacağı divardan aşırmaq üçün plastik və ya silindrşəkilli qablar əlverişli deyildi.
Yenidənqurma dövründə yanacaq böhranı xroniki hal aldıqda isə kanistr istehsalı da kütləviləşdi. Artıq müəssisələr nisbi sərbəstlik əldə etmişdi, tələbata uyğun mal buraxa bilirdi.
Kanistrin mənşəyi də məlumdur. 1936-cı ildə Hitler ordusunda yanacaq daşınması üçün 20 litrlik qabla bağlı tender elan edilir. Ənənəvi 45 litrlik qablar praktik deyildi. Tenderin şərtlərinə görə, yeni kanistri həm tək, həm də 2 nəfər daşıya bilməli idi.
Mühəndis Vinsens Qrünvoqelin layihəsi uğurlu olur. Onun kanistrində 3 qulp vardı. Tək daşıma vaxtı orta qulp işə yarayırdı. 2 nəfər daşıdıqda isə kənarlardan tutulurdu. Bundan başqa, 1 əsgər 4 ədəd boş kanistri rahat daşıya bilirdi.
Sovet əsgərləri berlin alındıqdan sonra alman evlərindən və ordusundan bu kanistrləri hərbi qənimət kimi evə gətirdilər. Doğrudur, o vaxt sovet əsgərlərinin mütləq çoxluğu avtomobili və benzini ilk dəfə orduda görmüşdü. Lakin, kanistr həm də su daşımağa sərfəli idi. Ona görə də xalq arasında bu praktik əşya tezliklə “Hitler kanistri” adını aldı.
İndi Azərbaycanda kanistrlər yalnız kənd təsərrüfatı texnikası işlədənlər arasında populyardır. Mikik avtomobili sürüclərinin buna ehtiyacı yoxdur.
Vüqar Yaşaroğlu

"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ










