Lüks maşın almaq istəyənlər yarım milyon itirdi - Üç nəfər həbs olunub - FOTO

Amerika Birləşmiş Ştatlarından avtomobil gətirib satanlar həbs ediliblər. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, dilerlər yarım milyonluq dələduzluqda təqsirli biliniblər. Şikayətlər əsasında 34 yaşlı Tapdıq Qarayev, 33 yaşlı Orxan Şükürov və 24 yaşlı Bəylər Əhmədzadə polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İlk iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlardan Bəylər hadisə vaxtı ADA Universitetinin tələbəsi olub. O, Orxanla elə avtomobil almaq məqsədilə tanış olub. Sonradan birlikdə işləməyə razılaşıblar. İstintaq materiallarına əsasən, 2023-cü ildən Orxan Şükürov, Tapdıq Qarayev və Bəylər Əhmədzadə “Bidgroup.az” adlı instaqram səhifəsi vasitəsilə vətəndaşlara ABŞ-dən avtomobil gətirib satmağı təklif ediblər. Onlar özlərini “Lion Trans” şirkətinin dileri kimi təqdim edərək “Jeep Wrangler”, “BMW F10”, “BMW X7”, “Range Rover” və “BMW G30” kimi lüks avtomobilləri 2-3 ay ərzində gətirəcəklərini bildiriblər.

Zərərçəkmiş qismində tanınmış Əflatun Həsənov, Elsevər Hüseynov və Kənan Sahibov sifarişlər üçün ümumilikdə yarım milyon manata yaxın pul ödəyib. Lakin avtomobillər gətirilməyib və alıcılar aldadılıb. Təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər. Əvvəlcədən uzun müddət problemsiz avtomobil gətirdiklərini, sonradan borc və başqa problemlərlə qarşılaşdıqlarını deyiblər. Onlar avtomobillərin gətirib təhvil verilməməsinə görə istintaqdan kənarda qalan başqa şəxslərin də məsuliyyət daşıdığını iddia ediblər. Zərərçəkmişlər isə dəymiş ziyanın hələ də ödənilmədiyini bildiriblər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yekunda ittihamı əsaslı hesab edib. Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Hökmə əsasən, Orxan Şükürov və Tapdıq Qarayev 7 il, Bəylər Əhmədzadə isə 6 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. Tələbəlik dövründə cinayət törədən Bəylər məhkəmə zalında həbs edilib.
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar










