Maşın qəbiristanlıqlarından aldığı retro avtomillərə nəfəs verdi - FOTOLAR

Türkiyənin Ərzincan şəhərində yaşayan Metin Köksal adlı avtomobil ustası ölkənin dörd bir tərəfindən əzilmiş, yararsız hala düşmüş retro avtomobilləri alaraq yeniləyir. Avtosfer.az ölke.az-a istinadən xəbər verir ki, Metin aldığı avtomobillərin hissələrini orijinal ehtiyat hissələri ilə dəyişir. 42 yaşlı usta bu işin pul ilə ölçülə bilməz olduğunu deyib: “Zibilliklərdə çürüməyə başlayan və metalloma verilmək üçün yığılan avtomobilləri toplamaq, onlara yenidən nəfəs vermək maddiyatla yanaşı zəhmətli və uzun müddət davam edən prosesdir”.
26 ildir usta işləyən Metin klassik avtomobillərə uzun müddət davam edən prosesdən sonra yenidən nəfəs verir və əvvəlki halına qaytarır. 3 uşaq atası olan usta avtomobillərin adi şrupuna qədər söküb yenisi ilə əvəz edir.
Onun usta işləmiş atası Nüsrət Köksal 1979-cu ildə 1964-cü il model “Citroen 2CV Döşova” modeli avtomobil alıb və bu işin təməlini qoyub. Bu günə qədər isə Mətin 5 avtomobili yeniləyib. Iki il ərzində bu işə 40 min lirə (15 min manata yaxın) pul xərcləyib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















