Mercedes 750-güclü elektrik superkar hazırlayıb - FOTO

Alman şirkəti Vision EQ Silver Arrow retro futuristik layihəsi barədə elan verib. Eksperimental spidster, əlbəttə ki, seriyalı olmayacaq, lakin gələcəkdə elektrik mühərrikli Mercedes-lərə işarə verir. Avtosfer.az auto.a-a istinadən bildirir ki, superkar 5,3 m uzunluğa malikdir, lakin yürüş sələfi kimi, birnəfərlikdir. Konseptin banı tamamilə karbondan yığılıb, Alubeam Silver adlı xüsusi olaraq hazırlanmış rəngə boyanıb. Prototipin dizaynı 30-cu illərin superkarları üslubunda yığılıb, lakin ən müasir detallarla təchiz edilib. Bunlara, diodlu işıqlar, radiator barmaqlığı, unikal təkər diskləri və salonun məxsusi işlənməsi daxildir. Dəri, təbii ağac və retro üslubdan başqa, konseptin interyeri rəqəmsal cihazlar paneli alıb. Sensorlu monitor sükanın (daha çox şturvala bənzəyir) ortasında yerləşdirilib - sürücü elə buradan əlavə funksiyaları idarə edə bilər. Məsələn, güc qurğusunun iş rejimini, benzin mühərrikin səs imitasiyasını seçmək olar. İstehsalçılar çoxlu sayda səs effekti təklif edirlər. Onların arasında V8-in və ya Formula-1 bolidinin səsləri də var. Mercedes-Benz konseptin güc qurğusu barədə ətraflı məlumat verməyib. Yalnız məlumdur ki, prototipə quraşdırılan mühərrik 750 a.g.-ə malikdir, 80-kilovatlıq batareya isə 400 km məsafə qət etməyə imkan verir. Vision EQ Silver Arrow-un konveyer perspektivi yoxdur, lakin şayiələrə görə, almanlar bu avtomobili elektrokar istehsal etmək üçün seriyalı platformada düzəldiblər.






ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












