"Mercedes-Benz" xəbərdarlıq etdi: Zavodlar və mühərrik müəssisəsi risk altında

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" ölkədə istehsala yönəldilməsi nəzərdə tutulan bütün yeni investisiyaları dondurmaq qərarına gəlib. Şirkət əməkhaqqı xərclərinin azaldılması ilə bağlı müzakirələr fonunda Almaniyadakı zavodlarından bəzilərini bağlamaq ehtimalını da nəzərdən keçirir.
Avtosfer.az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin istehsal üzrə üzvü Mixael Şibe məlumat verib.
Onun sözlərinə görə, investisiyaların dondurulması barədə qərarı şirkət rəhbərliyi birgə qəbul edib. İstehsalat şurası və "IG Metall" həmkarlar ittifaqı ilə aparılan intensiv danışıqlara baxmayaraq, tərəflər məqbul razılığa gələ bilməyiblər.
Şibe bildirib ki, mövcud xərc strukturu şəraitində Almaniyada istehsala sərmayə yatırmağa davam etmək mümkün deyil. Onun sözlərinə görə, Almaniyadakı zavodlarda istehsal üzrə bir iş saatının dəyəri bəzi hallarda şirkətin Şərqi Avropadakı zavodlarında qeydə alınan göstəricidən beş dəfə yüksəkdir. Eyni fərq inzibati sahədə də müşahidə olunur.
Şibe daha əvvəl bildirmişdi ki, xərclərin azaldılması istiqamətində irəliləyiş əldə olunmasa, Almaniyadakı iki müəssisə - bir avtomobil yığımı zavodu və bir mühərrik istehsalı müəssisəsi bağlanma təhlükəsi ilə üzləşəcək.
Almaniyanın avtomobil sənayesi son illərdə böhran yaşayır. COVID-19 pandemiyası ilə başlayan çətinliklər 2022-ci ildən etibarən enerji daşıyıcılarının qiymətlərinin kəskin artması və Çin avtomobil istehsalçılarının rəqabətinin güclənməsi səbəbindən daha da dərinləşib.
ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və Yaxın Şərqdəki böhranın nəticələri də Almaniyanın avtomobil sənayesinə mənfi təsir göstərən amillər sırasındadır.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












