Məşhur avtomobil Çində gənc olmayan insanlar üçün brend kimi tanındı

Çindəki "Volkswagen" avtomobil şirkətinin rəhbəri Robert Çitseke brendin hazırkı mövqeyini qiymətləndirərkən maraqlı bir etiraf edib. O, gənclərin gözündə alman brendinin artıq cəlbedici olmadığını və "valideynlərin seçimi" statusuna düşdüyünü bildirib.
Avtosfer.az "IT Home" nəşrinə istinadən xəbər verir ki, bu açıqlama bazarın sürətlə dəyişdiyi bir dövrdə səslənib. Belə ki, 2024-cü ildə Çinin yerli BYD şirkəti satış rəqəmlərinə görə "Volkswagen"i geridə qoyaraq birinci yerə çıxıb. 2025-ci ildə isə alman nəhəngi "Geely" şirkətini də özündən qabağa buraxaraq üçüncü yerə enib.
Robert Çitseke Çin bazarının alman istehsalçılar üçün çox sərt rəqabət meydanına çevrildiyini və dəyişikliklərin miqyasının bütün gözləntiləri aşdığını qeyd edib. Müqayisə üçün xatırladaq ki, 1985-ci ildə Şanxay avtosalonunda ilk dəfə iştirak edən "Volkswagen" o zaman çinli qonaqların böyük marağına səbəb olmuşdu; hətta o dövrdə ziyarətçilər reklam broşürlərinin çap keyfiyyətinə belə heyran qalmışdılar.
Bu gün isə "Volkswagen"in təhlükəsizlik, etibarlılıq və keyfiyyət kimi ənənəvi üstünlükləri brend üçün bir növ "yük"ə çevrilib. Gənclər daha çox innovasiya və müasir texnologiyalar axtarır. Bu problemi həll etmək və gənc müştəriləri geri qaytarmaq üçün "Volkswagen" rəhbərliyi cari ildə Çində 20 yeni model təqdim etməyi planlaşdırır. Bu modellərə təmiz elektromobillər (EV), hibridlər (PHEV) və uzadılmış gediş ehtiyatı olan avtomobillər (EREV) daxildir.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












