Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO

“Reuters” agentliyinin Frankfurtda təşkil etdiyi forumda avtomobil sənayesindəki vəziyyət müzakirə edilib. Forumda aktiv iştirak edənlərdən biri də BYD-nin Avropa üzrə xüsusi müşaviri Alfredo Altavilla olub.
Avtosfer.az xəbər verir ki, bu ad sənayeçilər üçün yeni deyil. Altavilla bir neçə il əvvələdək “Fiat-Chrysler”də böyük vəzifə tuturdu.
Altavillanın forumda çıxışı istər həmkarları, istərsə də ictimaiyyət arasında birmənalı qarşılanmasa da, onu haqlı hesab edənlər az deyil. İş adamı bildirib ki, “Volkswagen”in vəziyyəti hələ Avropa sənayesindəki böhranın ilk qaranquşudur.
Altavillanın fikrincə, Avropa Komissiyasının çinli istehsalçılara müqavimət göstərmək üçün həyata keçirdiyi tədbirlər mənasız olub. Çünki Çinin dəyər zənciri fərqlidir. Bu zəncir nadir metalların hasilatından son məhsul olan avtomobilədək hər şeyi ehtiva edir.
Müşavir bildirir ki, çinlilər 20 il əvvəlki siyasətin nəticəsini görürlər. O dövrdə Çin hökuməti avropalı istehsalçıları bazara texnologiya və təcrübəni paylaşmaq şərti ilə buraxmışdı. İndi avropalıların çarxı tərsinə çevirmək cəhdləri əbəsdir. Çin şirkətləri Avropa bazarında pay almaq üçün deyil, bazarı ələ keçirmək üçün gəlir.
İlin sonunda Macarıstanda BYD zavodu fəaliyyətə başlayacaq. Başqa bir çinli istehsalçı Fransada müflis olmuş müəssisə axtarılır. Bu 2 müəssisənin məhsulları dünya bazarına “Made in Europe” ştampı ilə çıxarılacaq. Bununla da, çinli istehsalçılar Avropa bazarında vergidən azad olacaq, dünya bazarına isə mallarını Avropa məhsulu kimi təqdim edəcəklər.
Vüqar Yaşaroğlu

Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?











