Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO

"Gooding & Christie's" hərracında nadir "Ferrari 288 GTO" kupesinin satışından 6-7 milyon avro gəlir əldə ediləcəyi gözlənilir. Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu modeldən cəmi 272 ədəd istehsal olunub və satışa çıxarılan avtomobil yaxşı qorunmuş vəziyyəti ilə seçilir. Avtomobil 1984-cü ildə yığıldığı vaxtdan bəri cəmi 1500 kilometrdən bir qədər artıq yol qət edib. "288 GTO"nun konstruksiyasında borulu şassi alüminium, kevlar və şüşə lifindən hazırlanmış kuzovla birləşdirilib. Avtomobili hərəkətə gətirən isə 2.8 litrlik, 400 at gücündə V8 mühərrik və beşpilləli mexaniki ötürmələr qutusudur.
Avtomobilin qorunma səviyyəsini, məsələn, alt hissədə hələ də orijinal mum örtüyünün qalması və üzərində zavoddan çıxan təkərlərin saxlanılması təsdiqləyir.
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO














