Ordubadda hamı bu avtomobildən danışır: cəmi 3 min xərclədi və… FOTO-VİDEO

Ordubad rayonunun Əndəmic kənd sakini Məmmədli Sahil Malik oğlu aldığı köhnə “UAZ” markalı avtomobilini cüzi vəsait xərcləyərək möhtəşəm şəkildə yığıb. Açıqlama verən Sahil Məmmədli avtomobilin Ordubadda maraqla qarşılandığını bildirib. Özü də avtomobil təmiri sənətini öyrənən S.Məmmədli avtomobili ustası Mehdiyev Nüsrət Qüdrət oğlu ilə birgə yığdıqlarını deyib. 3 min manata alınan avtomobilin bu formada yığılmasına ümumilikdə 5 min manat xərc çəkilib.
O, “UAZ”ın hazırkı rəngini əldə etmək üçün müxtəlif qarışımlardan istifadə etdiklərini və detalların hamısının original olduğunu söyləyib. Hazırda avtomobili Sahilin atası Malik Məmmədov idarə edir və o, Ordubada gələn qonaqları, yaxud elə rayon sakinlərini dağ kəndlərinə səfərə aparır. M.Məmmədov ucqar kəndlərə hər avtomobilin gedib çıxa bilmədiyini, bunun üçün qoşa diferli avtomobilə ehtiyac olduğunu qeyd edib.
M.Məmmədov daim böyük avtomobillər idarə etdiyini və bu şəkildə sürücülükdə də peşəkarlaşdığını bildirib. O, avtomobili daha da təkmilləşdirəcəklərini söyləyib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO























