“Porsche” işçi sayını azaltmağa başladı

“Volkswagen” qrupunun üzərindən qara buludlar dağılmır. 2024-cü ili olduqca çətin keçirən qrupun üzvləri də tək başına çətin günlər keçirdilər. “Volkswagen”in ən vacib markalarından biri olan “Porsche” də bu adlar arasındadər. İdman avtomobili istehsalçısı qənaət layihəsinin rəsmən başladığını açıqladı.
“Porsche” qarşıdakı illərdə Almaniyadakı zavodlarından tam 1.900 işçi ilə vidalaşacaq. “Porsche”nin ilk qənaət planının işləmədiyini deyən nümayəndələr bu qərara məcbur qaldıqlarını vurğulayıblar. Yeni plan çərçivəsində qarşıdakı bir neçə ildə ümumilikdə 1.900 işçi işdən çıxarılacaq.
“Porsche”nin bu addımı Stuttgart zavodu və ətrafında həyata keçirməsi gözlənilir. Alman istehsalçı işçilərlə razılaşma axtarışındadır. Xüsusilə bəzi işçilərə xüsusi imkanlar təqdim edilməsi və erkən pensiya planının tətbiq olunması gözlənilir.
“Porsche”yə görə bu işdən çıxarma qərarının əsas səbəbi azalan elektrik avtomobilinə olan tələbatdır. Xüsusilə, Avropada düşüş müşahidə edən “Porsche”, bu il Çində də istədiyini əldə edə bilmədi. “Porsche”nin ümumi satışları 3% azalarkən, Çindəki satışlar 28%-ə qədər düşüb.
Məlumdur ki, “Volkswagen” də oxşar bir vəziyyət səbəbindən ciddi tədbirlər görməyə başladı. Daha əvvəl zavodlarını bağlamağa hazırlaşan istehsalçı, işçilərlə əldə etdiyi razılaşma nəticəsində zavodların açıq qalmasına qərar vermişdi. Bununla yanaşı, bağlanması gözlənilən zavodlarda işləyənlər, 2031-ci ilə qədər maaş artımı ala bilməyəcəklər.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












