Putinlə Trampın limuzinləri müqayisə edildi - FOTO

Amerikanın “Newsweek” jurnalı ABŞ Prezidenti Donald Trampın “Cadillac” avtomobili ilə Rusiya lideri Vladimir Putinin “Kortej” avtomobilini müqayisə edib.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, məqalənin müəllifi Rusiya istehsalı olan avtomobilin Böyük Britaniyanın lüks “Rolls Royce Phantom” və “Rolls Royce Ghost” limuzinlərinə bənzədiyini qeyd edib. Jurnalın məlumatına əsasən, “Kortej” avtomobilinə quraşdırılan V12 mühərriki Amerika istehsalı olan limuzinin V8 mühərrikindən daha güclüdür. Bundan başqa, Trampın “Vəhşi” ləqəbli avtomobili yarım ton ağırdır.
Müəllifin fikrincə, Vladimir Putinin limuzini rabitə və təhlükəsizlik üçün çox sayda yeni texnologiyalarla təchiz olunsa da, effektivliyinə görə Donald Trampın daha köhnə avtomobilindən üstün deyil. Materialda, həmçinin bu ilin yay aylarında “Vəhşi”nin yeni versiyasının istifadəyə verilə biləcəyi vurğulanır. Müqavilənin məbləği 15 milyon dollardır.
Qeyd edək ki, bir həftə əvvəl Rusiya prezidentinin inauqurasiyası zamanı Vladimir Putin Kremlin birinci korpusundan Böyük Kreml Sarayına yeni avtomobildə - “Kortej” layihəsinin limuzinində getmişdi.
“Kortej” layihəsi dövlətin birinci şəxsləri üçün vahid modul platformasında avtomobillər seriyasının – limuzin, sedan və miniven tipli avtomobillərin hazırlanmasını nəzərdə tutur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














