"Renault" muzeyindən yüzə yaxın nadir avtomobil satılacaq - FOTO

Dekabrın 7-də Paris yaxınlığında "Renault Icons" adlı xüsusi hərrac keçiriləcək.
Avtosfer.az artcurial.com-a istinadən xəbər verir ki, hərrac evinin təşkil edəcəyi tədbirdə şirkətin muzeyindən təxminən yüzədək avtomobil satışa çıxarılacaq. Hərraca istehsal modelləri, yarış avtomobilləri, prototiplər və konsept avtomobillər daxildir.
Kolleksiya "Renault" markasının 19-cu əsrin sonlarından bu günə qədər olan tarixini əhatə edir. Sərgilənən ən qədim avtomobillərin bir qismi orijinal olmasa da, şirkət tərəfindən yenidən hazırlanmış replikalardır. Bu isə onların kolleksiya dəyərinə təsir etmir, çünki replikalar birbaşa istehsalçı tərəfindən hazırlanıb.
Fransız avtomobil şirkəti bu satışla yeni muzeyin açılışına hazırlıq görməyi və kolleksiyanı yenidən təşkil etməyi hədəfləyir. Yeni sərgi 2027-ci ildə ictimaiyyət üçün açılacaq və burada təxminən 600 avtomobil nümayiş etdiriləcək.
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












