Rusiyada avtomobillər bahalaşacaq – REAL SƏBƏB

Oktyabrın birindən Rusiyada təzə avtomobillərə utilizasiya rüsumunun tətbiqi başlayıb.
Avtosfer.az xəbər verir ki, rüsum istehsal yerindən, mühərrik həcmindən və istehsalın lokallaşma səviyyəsindən asılı olaraq dəyişir. Yerli istehsal üçün bu rüsum aşağıdır.
Ekspertlərin qənaətinə görə, yeni rüsumların qiymətlərə təsiri qaçınılmazdır. Mühərrik həcmi 2 litrədək olan avtomobillər təxminən 4500 manat bahalaşacaq. Lakin bunu il sonunadək hiss etmək mümkün olmayacaq. Təxminən 6-8 aydan sonra ruslar artıq maşınları yeni qiymətlıə alacaqlar.
Qiymət artımının ləngiməsinə səbəb dilerlərin çox böyük ehtiyat toplamasıdır. Müxtəlif mənbələrə görə bu ehtiyat 80 minlə 400 min arasında dəyişir. Bura gömrük anbarlarında qalan texnika da daxildir.
Rusiya büdcəsinin utilizasiya rüsumundan bu il trilyon rubl (18 milyon AZN), gələn il bunun iki qatı, 2026-cı ildə isə 4 qatı qədər vəsait qazanması gözlənilir. Əlbəttə ki, avtomobil bazarı çökməsə.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












