Rusiyada qlobal avtomobil sənayesinin əksinə addım

Son illərdə istehsal edilmiş bir çox avtomobildə radio əsas opsiyalar sırasından çıxarılıb. Əslində buna çox da ehtiyac yoxdur. İnternet olan avtomobildəki interfeysdə istənilən kanalı tutmaq mümkündür. Lakin Rusiyanın təbliğat maşını başqa cür düşünür.
Avtosfer.az xəbər verir ki, teleradioyaımının inkişafı konsepsiyasında israrla tələb edilir ki, idxal avtomobillərin hamısında FM tezliyində radio mövcud olsun. Konsepsiyanın müəllifləri iddia edirlər ki, radio ən geniş əhatə dairəsi və publikası olan media qurumudur, fövqəladə hallarda əhalini xəbərdar etmək üçün ən yaxşı vasitədir.
İddiada həqiqət payı olsa da, reallıq başqadır. Qərb ölkələrində bu məqsədlə AM tezliyindən (qısa dalğa) istifadə edilir. FM tezliyində yayımın əhatə dairəsi 50 kilometr ətrafında olsa da, AM tezliyində bu radius dəfələrlə böyükdür. ABŞ-də təbii fəlakətlər zamanı əhali məhz AM tezlikli radiokanallarla yönləndirilib və ciddi nəticə əldə olunub.
Əslində məqsəd təbliğat maşınının əhatə dairəsini təmin etməkdir. Simonyanlar, kiselyovlar və solovyovlar istəyirlər ki, Rusiya əhalisi istəsə də, istəməsə də onların səslərini eşitsin. Bununla da, təbliğatın nəticə verməsi görüntüsü yaradılsın.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












