Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür

Rusiyada iki ilə yaxındır minik, yük və kommersiya avtomobillərinin satışları geriləyir. Eyni müddətdə lük avtomobil satışı isə artır.
Söhbət qiyməti 50 milyon rubl (təxminən 1,1 milyon manat) olan avtomobillərdən gedir. “Avtostat”ın məlumatına görə, cari ilin 1-ci rübündə “Lada”nın satışları 17,4 faiz azaldığı halda, lüks avtomobillərin satışı 33 faiz artıb. Birinci rübdə ruslar
153 lüks avtomobil alıblar:
Lamborghini – 47 ədəd;
Rolls-Royce – 42 ədəd (+5%);
Bentley – 41 ədəd (+21%);
Ferrari – 19 ədəd (+58%);
Aston Martin – 4 ədəd.
Bu markaların heç biri Rusiyada təmsil olunmur. 2 il əvvəl lüks modellərin orta qiyməti 55 milyon rubl (1,2 milyon manat) idisə, hazırda 66 milyondur (1,5 milyon manat). Bu da bir daha göstərir ki, müharibə və sanksiyalar əhalinin böyük hissəsini müflisləşdirsə də, varlananlar da az olmayıb.
Vüqar
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












