Rusiyada yük avtomobili bazarı çöküb: bizə ziyanı olacaqmı? - FOTO

Dünyanın istənilən ölkəsində minik avtomobilləri digər nəqliyyat vasitələrindən daha çox satılır. Lakin, ölkənin iqtisadi gücünü yüngül kommersiya avtomobilləri və yük avtomobilləri bazarındakı vəziyyət daha real göstərir.
Avtosfer.az xəbər verir ki, rus ekspert Aleksandr Qrudzev 2025-ci ilin nəticələri əsaasında bədbin proqnoz verib.
Ekspert bildirir ki, 2025-ci ildə federasiyada yüngül kommersiya avtomobillərinin satışı 24 faiz, yük avtomobili satışı isə 51 faiz azalıb.
Seqmentlər üzrə götürdükdə, yüngül kommersiya avtomobillərinin azalması orta biznesin, xüsusən də xidmət sektorunun geriləməsi anlamına gəlir.
Yük avtomobili alınmırsa, bu, tikinti və sənayedə durğunluğun əlamətidir.
Ekspert əvvəlki böhranlardan misal gətirir: 2009-cu ildə yük avtomobili satışı 70 faiz azaldı, növbəti il ölkədə ümumi daxili məhsul 7,8 faiz aşağı düşdü.
2015-ci ildə bu sahədə 50 faizlik azalma resessiya və 10 faiz iqtisadi geriləmə ilə müşayiət olundu.
Qrudzevin fikrincə, yük avtomobili satışının ciddi şəkildə azalması 6-18 ay sonra baş verəcək ciddi iqtisadi böhranın ilk qaranquşudur.
Azərbaycana gəlincə: çox sayda həmyerlimiz Rusiyada yaşayır və işləyir. Onların Azərbaycana göndərəcəyi pulların azalması burada da bir çox ailənin maddi vəziyyətinə təsirsiz ötüşməyəcək.
Vüqar

Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












