Rusiyanın premium markasının İFLASI

“Aurus” markasının istehsalı yaxın vaxtlarda dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bu fikri avtomobil eksperti Sergey Siqanov səsləndirib. Onun fikrincə, “Aurus” modeli uğursuz olduğu üçün layihə dayandırılır.
“Aurus”un standart versiyasının qiyməti 700 000 dollar, uzun versiya isə (Putinin istifadəsində olan) 1,6 milyon dollardır. Ekspertin fikrincə, “Rolls-Royce”un rus kopyasını bu qiymətə almaq istəyən yoxdur.
Avtomobilin maya dəyəri yüksək olduğundan istehsalın rentabelliliyindən söhbət gedə bilməz.
Ötən il bütün modellərdən cəmi 150 maşın yığılıb. 2019-cu ildən indiyədək istehsal edilmiş modellərin sayı 500-ə çatmayıb. Halbuki, ildə 5000 avtomobil istehsalı nəzərdə tutulmuşdu.
Müqayisə üçün, 2025-ci ildə dünyada 5664 ədəd “Rolls-Royce” satılıb.
Sıqanov bildirir ki, “prezidentin oyuncağını seriya istehsalı olan markaya çevirmək mümkün olmadı. İddia böyük, iqtisadi əsaslandırma isə sıfırdır”.
Məlumatlı mənbələrin xəbərinə görə, istehsal ilin sonunda yekunlaşacaq, “Aurus”un Moskva ətrafındakı bürosu ilin sonunadək ləğv ediləcək.
Bundan sonra avtomobili NAMİ Rusiya hökumətinin sifarişi əsasında məhdud sayda hazırlayacaq.
“Aurus”un əməkdaşlarına Peterburqa köçərək orada “Senat” modelinin yığılması təklif olunub. Çinin “Hongqi H9” avtomobilinin surəti olan “Senat” orijinaldan 4 dəfə baha – 170 000 dollara təklif olunur.
Vüqar Yaşaroğlu
Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı
Rusların pirat "BMW"si orijinaldan bahadır
Avropada sürət rejiminə avtomobil özü nəzarət edəcək - FOTOLAR
Elektromobil və hibridlər zərərçəkənlərin köməyinə çatır - FOTOLAR
Dünyada satılan hər 4 təzə maşından biri elektromobildir
Qazaxıstana avtomobillərin girişinə məhdudiyyət qoyuldu
Avropalılar özünə Çindən maşın gətirə bilərmi? - Beynəlxalq TƏCRÜBƏ
Elektromobil: ilbəil artan təmir və sığorta xərcləri
Çində hibrid modellərə güzəştlər ləğv edilir – XARİCƏ MÜMKÜN TƏSİRİ
"BYD" bu dəfə də “Tesla”nı qabaqladı
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?










