Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır

Rusiya hökumətinin yeni avtomobil strategiyasına görə 2035-ci ildə ölkədə nəqliyyat vasitələri istehsalı 2,8 milyon ədədə çatmalıdır.
Avtosfer.az xəbər verir ki, Rusiya mediası sənəddə bəzi maraqlı məqamları üzə çıxarıb. “İzvestiya” nəşrinə görə, plana əsasən istehsal 3,5 dəfə artmalıdır. Eyni zamanda strateji detalların istehsalında federasiyanın texniki müstəqilliyi təmin edilməlidir. Sözgüedən materialların bir qismi ölkədə hələ də istehsal olunmur.
Ekspertlər maraqlı məqamlara da diqqət yönəldiblər: nəzərdə tutulan hədəfə çatılsa belə, tələblə təklif arasında uyğunsuzluq aradan qalxmayacaq. 2035-ci ildə ölkədə təzə texnikaya tələbat 3,4 milyon ədəd olacaq.
Ən vacib məqam isə sənəddə avtomat ötürmənin xatırlanmamasıdır. Bu da göstərir ki, Rusiya avtomobil sənayesinə çar dövründən miras qalan texnoloji gerilik yaxın 10 ildə aradan qalxmayacaq. Federasiya bir çox parametrə görə avtomobil sənayesinin tarixi 30 ili ötməyən Özbəkistandan geridədir.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












