Ruslar Çin avtomobilləri barədə nə düşünürlər? – SÜRÜCÜ RƏYLƏRİ - FOTO

Rusiyada Ukrayna müharibəsindən sonra başlayan Çin avtomobili axını səngiyib. İndi sosial şəbəkələrdə Çin texnikası ilə bağlı rəylər də artıb.
Avtosfer.az xəbər verir ki, rusiyalı jurnalistlər təzə Çin avtomobili alıb sonradan satmış moskvalı sürücülərin rəylərini öyrəniblər.
Moskva şəhər sakini Aleksey 2023-cü ildə Li Auto L7 alıb, 2 il sonra isə satıb. Alekseyin fikrincə, avtomobil funksiyalarla ifrat “doludur” və vərdiş tələb edir. Maşında ciddi problem olmasa da, sensor ekrandakı funksiyaların cəmi 20 faizini istifadə edib. Bəzən bir düyməni basdıqda başqa şey ortaya çıxır. Qış vaxtı isə ekran donur, xəta baş verir.

Aleksey sonuncu qışdan sonra işlənmiş BMW X5 alıb və seçimindən məmnundur.
Aleksandr 2024-cü ildə 544 at gücündə Zeekr alıb. O, avtomobildən ümumilikdə narazı olmasa da bildirir ki, proqram təminatı tez-tez donur və yenilənmə tələb edir. Doldurma stansiyaları da azdır. Tormoz və akustika qənaətbəxş deyil.
“Belə danışırlar ki, Zekr sürdükdən sonra heç kim BMW sürmək istəmir. Bu, yalandır. Çinlilər texnologiyada irəli olsalar da, sürüş keyfiyyətində bavariyalılar üstündür”.

2020-ci ildə Lifan X60 alan Vladimir bildidir ki, maşın 2 ildən sonra çürüməyə başladı, spidometr sıradan çıxdı. İdarəetmə çox pisdir, salonda hər şey səs edir, plastikin keyfiyyəti bərbaddır.
Vladimir maşını Moskvadan 450 kilometr kənarda yaşayan müştəriyə öz təbirincə desək “su qiymətinə satıb”, amma maşından canını qurtardığı üçün sevinir.

QEYD: Xəbər Rusiya saytlarından götürülüb və redaksiyanın mövqeyini əks etdirmir. Xəbərdə gedən fikirlər avtomobil satıcılarına məxsusdur və heç bir istehslçıya qarşı yönəlməyib.
Vüqar
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












