Rusların əfsanəvi avtomobili yeni dizaynda - FOTO

Rus avtomobil sənayesinin əfsanəvi modellərindən biri yenidən gündəmə gəlib. Sovet dövrünün məşhur “Nİva”sı bundan sobra müasir dizayn və texnologiya ilə istehsal olunacaq.
Avtosfer.az xəbər evrir ki, yeni layihə Çinin avtomobil nəhəngi “Geely” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd bir zamanlar xüsusilə kənd rayonlarında dövlət rəsmilərinin əsas avtomobili olan “Niva”nı müasir dövrün tələblərinə uyğun şəkildə yenidən bazara qaytarmaqdır.
Yeni model həm dizayn, həm də texniki baxımdan tam yenilənmiş versiya kimi təqdim olunur. Avtomobildə müasir multimedia sistemi, yenilənmiş təhlükəsizlik texnologiyaları və güclü mühərrik variantlarının olması gözlənilir. İlk prototiplərdən yayılan görüntülər isə avtomobilin daha premium görünüş qazandığını göstərir.
Ekspertlər hesab edirlər ki, bu addım Rusiyanın avtomobil sənayesində “keçmişlə gələcəyin birləşməsi” kimi qiymətləndirilən bu qərar yerli bazarda böyük maraq doğuracaq.
Qeyd edək ki, “Niva” markası sovet dövründə həm prestij, həm də etibarlılıq simvolu kimi tanınırdı və uzun illər Rusiyanın ən məşhur krossoverlərindən biri hesab olunurdu./metbuat.az
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO













