Rusların “kitayski Toyota” müəmması

Bu ilin ilk 6 ayında Rusiyada 16 600 ədəd təzə “Toyota” satılıb.
Avtosfer.az “Avtostat”a istinadla xəbər verir ki, bu maşınların 89 faizi Çin istehsalı olub. Fakt avtomobil ekspertlərinin diqqətindən yayınmayıb. Onların fikrincə Çin versiyasının satışlarının artmasına səbəb Yaponiya istehsalı olan maşınların ölkəyə gətirilməsinin çətinləşməsidir. Eyni zamanda, Çin versiyasının satılmasında əsas amil təkcə əlçatanlıq deyil. Bir çox avtomobil satıcısı (nəzərə alaq ki, “Toyota”nın Rusiyada rəsmi nümayəndəliyi 3 ildir yoxdur) şirkətin uzun illər keçmiş sovet məkanında formalaşmış nüfuzundan istifadə edir.
Ekspertlərin qənaətinə görə, Çin istehsalı olan avtomobilin keyfiyyətsiz olduğunu iddia etmək kökündən yanlışdır. Son nəticədə keyfiyyətə korporativ nəzarət mövcuddur. Yeganə məqam maşının hansı bazar üçün istehsal edilməsidir.
Hər bir istehsalçı məhsulu təqdim edəcəyi bazarın spesifikasını mütləq nəzərə alır. MDB bazarı və Avropa üçün istehsal edilmiş modellərdə oturacaq qızdırıcıları, alın şüşəsinin qızdırılması kimi opsiyalar demək olar standartdır. Ən əsası isə korroziya əleyhinə işlərdir. Bu işlər zavodda görülmədikdə isə 2-3 ildən sonra ciddi korroziya başlayır. “Qış paketi” olmadıqda təzə avtomobilin də istismarı çətinləşir.
Çin bazarında isə prioritet başqadır. Çinli istehlakçını korroziya əleyhinə tədbirlər maraqlandırmır. Onlar əksər hallarda maşını 3 ildən bir dəyişirlər. Buna görə də, Çin bazarı üçün hazırlanan avtomobillərdə əsasən bu amillərə diqqət edilir: monitorlar daha böyük olsun, rəqəmsal interfeys və multimedia sistemi daha geniş funksiyaya malik olsun, elektron funksiyalar çox olsun, fiziki düymələrin sayı minimuma ensin.
Multimedia sistemi ilə bağlı ən ciddi problem interfeysin yalnız çincə olmasıdır. Bunu ingilis və digər dillərə ya çevirmək mümkün deyil, ya da çox böyük pulla həyata keçirilir. Tanış mənzərədir, deyilmi?
Rus mütəxəssislər vurğulayırlar ki, bir markanın eyni adda modelinin xarici fərqli olmasa da, komplektasiyası bazara görə ciddi şəkildə fərqlənə bilər.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












