Rusların pirat "BMW"si orijinaldan bahadır

BMW konserni 2022-ci ildə Rusiya ilə əməkdaşlığı dayandırıb. Bununla belə, Kalininqradda yerləşən “Avtotor” zavodu 2025-ci ilin sonunda X5, X6 və X7 modellərinin istehsalını bərpa edib.
Avtosfer.az xəbər verir ki, hazırda avtomobillərin 2022-ci il modeli istehsal edilir. Sənədlə onlar hamısı 2025 və 2026-cı illərin istehsalıdır.
Zavoddan bildirilir ki, avtomobillər anbarda qalan ehtiyat hissələr hesabına istehsal edilir. Halbuki, Rusiya mediası bir çox detalın çinli tərəfdaşlardan əldə edildiyi qənaətindədir.
Ən ciddi problem isə elektronikadadır. Rusdilli forumlar pirat BMW-nin elektronikasının tez-tez sıradan çıxmasından şikayətçidirlər.
BMW-nin sözçüsü Karolin Baxman bildirir ki, bu maşınların istehsalı üçün şirkətdən heç bir razılıq alınmayıb. Maşınlara heç bir keyfiyyət sertifikatı verilməyib və BMW-nin zəmanətinə daxil deyil.
Bununla belə, maşınlar orijinaldan daha bahadır. Almaniyada X7-nin qiyməti 105 min avrodan başladığı halda, pirat maşınının qiyməti 150 min avrodan bahadır.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












