Rusların uğursuz analoqları - FOTO

Bəlkə bu sənədli filmi çox az adam xatırlayar: yenicə istehsal edilmiş “Mercedes” (W123) köhnə QAZ-21-i güclə ötsə də, QAZ-24-ə çata bilmir. Bu, SSRİ-nin 70-ci illərin sonunda çəkdiyi reklam xarakterli sənədli film idi. Təbii ki, sovet insanının müqayisə imkanı olmadığından inanmağa məcbur idi.
Avtosfer.az xəbər verir ki, KAMAZ şirkəti “Volvo Penta” gəmi mühərrikinin analoqunun yaratdığını açıqlayıb. Əslində 13 litrlik gəmi mühərrikinin Rusiya şərtlərinə uyğunlaşdırılmasından söhbət gedir, daha doğrusu sadələşdirilmədən. Şirkət bildirir ki, yeni analoq orijinaldan geri qalmır, bəzi parametrlərə görə isə hətta isveçli mühəndislərin məhsulunu üstələyir.
Bu günlərdə Rusiyada daha bir sovet brendi – “Volga”nın dirçəldilməsinə başlanılıb. Həftənin əvvəlində istehsalına başlayan modelin bazarda “Toyota Camry”ni əvəzləyəcəyi iddia edilir.
Yeri gəlmişkən, yapon avtomobilini əvəzləməyə daha 2 rus şirkəti (“Moskviç” və “Avtovaz”) də iddialıdır. Hər 3 istehsalçı hazırladıqları avtomobilin yapon modelini qabaqladığını desə də, publikanı inandıra bilməyib.
Bəs Rusiyada müəssisələri belə yalanlara nə məcbur edir? Cavab sadədir: müharibə başladıqdan sonra sanksiyaların təsir etmədiyi görüntüsü yaratmaq üçün idxalın əvəzlənməsi. Lakin, proses arzuolunan şəkildə getmir. Məsələn, “Superjet” təyyarəsinin fransız və alman detallarının yerli detallarla əvəzlənməsi nəticəsində layner 6 ton ağırlaşdı. Sovet layihəsi olan yerli mühərrik isə təyyarəni yalnız yerindən tərpədə bildi.
Əslində bu sadaladıqlarım yeni hal deyil. Rusiyada 150 ildir Qərb texnologiyaları “kopyalanaraq” aşağı keyfiyyətdə istehsal olunur. Avtomobil sənayesi bunun ən parlaq sübutudur.
Vüqar Yaşaroğlu

“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












