Sahiblərin ən çox narazı qaldığı elektromobil açıqlandı - Gözləntiləri doğrultmadı

Elektromobillər inkişaf etməyə davam edir, alıcılara daha yüksək komfort və böyük yürüş ehtiyatı təklif edir. Hazırda bazarda diqqətəlayiq daha münasib qiymətli modellər də mövcuddur.
Avtosfer.az-ın Qayunarinfo-ya istinadən xəbərinə görə, "J.D. Power" tərəfindən keçirilən son sorğu göstərib ki, elektromobil sahiblərinin əksəriyyəti seçimindən razıdır. Lakin bütün sürücülər bu təcrübədən məmnun deyil.
Ekspertlər sahiblərin ən çox narazı qaldığı elektromobili müəyyən ediblər. Bu model sürücülər arasında ən aşağı məmnunluq göstəricisini əldə edib.
Sorğunun nəticələrinə əsasən, "Honda Prologue" elektrik krossoveri sahiblər arasında ümumi məmnunluq səviyyəsinə görə cəmi 623 bal toplayıb. Bu göstərici kütləvi bazar seqmenti üzrə orta nəticədən (727 bal) xeyli aşağıdır.
Nəşrdə qeyd olunur ki, "Honda Prologue" modelinin əsas problemi onun diqqətçəkən xüsusiyyətlərinin olmamasıdır. Avtomobil nə böyük yürüş ehtiyatı təklif edir, nə də qiymət baxımından rəqiblərindən üstünlük qazanır.
Bundan əlavə, "Consumer Reports" araşdırmasına görə, "Honda Prologue" aşağı etibarlılıq göstəricilərinə malikdir. Xüsusilə proqram təminatı və elektrik komponentləri ilə bağlı problemlər tez-tez qeydə alınır.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












