Süni intellekt səhv etdi, istehsalçı “boz saqqalıları” geri çağırdı

Süni intellektə etimadın doğrulmadığına dair nümunələrin sayı günbəgün artır. Təcrübə göstərir ki, bəzi sahələrdə nəzarətin süni intellektə verilməsi, ona həddən artıq etimad göstərilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, “Ford” şirkəti təxminən 3 il əvvəl böyük layihə həyata keçirərək keyfiyyətə nəzarəti insan iştirakı olmadan həyata keçirməyə başlamışdı. Plana görə, süni intellektlə idarə edilən 900 kamera hazırlıq mərhələsindən tutmuş son məhsuladək hər şeyə nəzarət etməli idi. Ənənəvi olaraq mühəndislər son məhsulu, yəni konveyerdən artıq çıxmış malı yoxlayırlar.
Lakin, şirkət rəhbərliyinin ümidi puça çıxıb. 2025-ci ildə keyfiyyət məsələsinə görə 152 geriçağırma kampaniyası 13 milyondan çox avtomobilə şamil edilib. Bu da dünyada digər 5 böyük istehsalçının ümumi kampaniyalarının həcmindən daha böyükdür. “Ford”un süni intellektə inamının nəticəsi milyardlarla dollar ziyan oldu.
Bundan sonra rəhbərlik işdən azad etdiyi 360 mühəndisi geri çağırıb. “Boz saqqalılar” deyilən bu əməkdaşlar həm keyfiyyətə nəzarət edəcək, həm də gənc mühəndisləri öyrədəcəklər.
ABŞ-li istehsalçının bu adddmı bir daha göstərir ki, süni intellekt heç də bütün sahələrdə təbii ağlı əvəzləyə bilmir.
Vüqar
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












