"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB

Avtomobil istehsalçısı "Tesla" qapı tutacaqlarının rəngi ilə əlaqədar yarana biləcək təhlükəsizlik problemlərinə görə Çin bazarından təxminən 3 milyon elektromobilini geri çağırır. Şirkət bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsinə məlumat verib.
Avtosfer.az xəbər verir ki, bu məlumat qurumun rəsmi internet səhifəsində yer alıb.
Geri çağırılma ölkə daxilində istehsal edilmiş "Model 3", həmçinin idxal olunan "Model X" və "Model S" elektromobillərinə şamil edilir.
Avtomobilin mexaniki qapı tutacaqlarının rəngi salonun rəngi ilə eyni olduğundan onların tapılması və istifadəsi çətinləşir. Bu hal qəza vəziyyətində qapıların cəld açılmasına mənfi təsir göstərə bilər.
"Tesla" tutacaqlara rəngli stikerlər yapışdırmaqla bu vəziyyəti aradan qaldırmağı planlaşdırır. Bundan əlavə, şirkət şüşələrin qəza zamanı aşağı salınması sisteminin proqram təminatını da yeniləyəcək.
Eyni zamanda, "Tesla" avtopilot aktivləşdirilərkən sürücünün diqqətinə nəzarət sistemini təkmilləşdirmək məqsədilə 2.73 milyon "Model Y" və "Model 3" avtomobilinin də geri çağırıldığını bildirib.
Avtomobillərin bu cür geri çağırılması avtoistehsalçının Çin bazarındakı fəaliyyəti tarixində ən böyük göstərici olub. Şanxaydakı "Tesla" zavodunda "Model 3" sedanı, həmçinin "Model Y" və "Model Y L" krossoverləri yığılır. Çin istehsalı olan "Model 3" avtomobilləri 2020-ci ilin oktyabr ayından etibarən Avropa ölkələrinə ixrac edilir.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












