Təyyarələri pilotsuz avtomobillər əvəz etsin: TƏKLİF - FOTO

Volvo şirkəti pilotsuz nəqliyyat vasitələrindən istifadəni yenidən dərk etməyə imkan verən və birinci sinif kayutaları ilə eyni rahatlığı təmin edən 360c prototipini təqdim edib. İsveçlilər belə avtomobillərin gələcəkdə aviasiya daşımalarını əvəz edəcəyini hesab edirlər.
Volvo 360c sükan və pedallardan məhrum olmuş tam elektrik pilotsuz nəqliyyat vasitəsidir. Qarşıya qoyulan tapşırıqdan asılı olaraq avtomobil yataq otağına, ofisə, qonaq otağına və ya əyləncə otağına çevrilə bilər. Bundan başqa, avtomobil daxili hava xəttlərinə alternativ də ola bilər. Əlbəttə ki, söhbət 300 kilometrə qədər olan məsafələrdən gedir.
Əksər hallarda belə sfərlər marşrutun həddən ziyadə dolu olması, aeroportun yaşayış yerindən uzaq olması, təhlükəsizlik xidmətinin yoxlamaları və mümkün gecikmələr ucbatından məşəqqətli olur. 360c konseptinin timsalında, isveç istehsalçısı digər hərəkət iştirakçıları ilə yeni universal rabitə sistemini imkanlarını nümayiş etdirmək niyyətindədir. Bu pilotsuz nəqliyyat vasitəsinin hərəkəti barədə xəbərdarlıq edən səslər, vizual effektlər və hərəkətlər dəstindən ibarətdir.
Volvo 360c modelinin maraqlı elementlərindən biri üçnöqtəli təhlükəsizlik kəməri kimi istifadə edilən müdafiə örtüyüdür. Örtük uzanmış sərnişinə uyğunlaşa bilir. Prototipin texniki hissəsi, seriyaya buraxılış müddəti barədə məlumat verilməyib. Çox güman ki, konsept texnoloji yeniliklərdən daha çox dizayn həllərinin nümayiş meydançası olaraq qalacaqdır. (Autograph)





"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










