TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA

Türkiyənin elektrik avtomobil istehsalçısı TOGG-da mühüm dəyişiklik gündəmdədir.
“Vestel Elektronik” və “Anadolu Qrupu” şirkətdəki ümumilikdə 46%-lik paylarını satmağa hazırlaşır.
Avtosfer.az-ın məlumatına görə, bu payların Türkiyə Varlıq Fondu və “Turkcell” tərəfindən alınması üçün danışıqlar aparılır. Hazırda “Vestel”, “Anadolu Qrupu”, “Turkcell” və BMC-nin hər birinin TOGG-da 23%-lik payı, TOBB-un isə 8%-lik payı var. Satış baş tutarsa, TOGG-un səhmdar strukturu ciddi şəkildə dəyişəcək.
TOGG 2026-cı ilin ilk yeddi ayında Türkiyədə 25 848 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% artım deməkdir.
Mütəxəssislər TOGG-un səhmləri satmasına səbəb kimi ötən il yaranan 14,6 milyard lirəlik zərəri göstərirlər. 2025-ci ildə 39020 avtomobil sata bilən TOGG hələ də illik yüz min avtomobil satışı hədəfinə çatmadığı üçün belə addımlar atır. Hazırkı vəziyyətdə “Vestel” və “Anadolu Qrupu” şirkətlərinin səhmləri satışa çıxarması “Turkcell”in daha böyük pay sahibi olmasına səbəb olacaq. Nəzərə alsaq ki, Türkiyə Varlıq Fondu “Turkcell”in 26% səhmlərinə sahibdir, o zaman dövlətin TOGG-un səhmlərinə ortaq olması da an məsələsidir.
Səfər
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












