“Toyota” Yaponiyada "uçan avtomobil layihəsini" dəstəkləyir - FOTO

Yaponiyanın nəhəng avtomobil istehsalçısı Toyota uçan avtomobil yaradan mühəndislər qrupuna dəstəyini elan edib. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, şirkət mərkəzi Yaponiyada Toyota şəhərindən kənarda fəaliyyət göstərən Cartivator qrupuna 40 milyon yen (375 min dollar) verib. Toyota və onun qrupunun şirkətləri layihəyə dəstək göstərmək üçün prinsip etibarilə razılığa gəliblər. İndiyədək fərdi şəxslər tərəfindən maliyyələşdirilmə Skydrive adlandırılan avtomobilin inkişaf etdirilməsinə pul ödəyib. Skydrive avtomobilində pilotsuz təyyarənin texnologiyasından istifadə edilir, onun üç təkəri və dörd fırlanğacı var. Hazırda layihə üzərində 30 mühəndis işləyir. 2, 9 metrin 1, 3 metrə ölçüdə olan bu avtomobil dünyanın ən kiçik uçan avtomobili olacaq. Onun saatda 100 km-ə çatan uçuş sürəti var. Avtomobil yerüstündən 10 metr hündürlükdə səyahət edə biləcək.
Skydrive avtomobilini inkişaf etdirən 30 könüllü komandası ümid edir ki, avtomobilin prototipi 2020-ci ildə baş tutacaq Tokio yay olimpiya oyunlarında Olimpiya məşəlini yandırmaq üçün istifadə olunacaq. Artıq yapon mühəndisləri uçan avtomobilin ilk variantını nümayiş etdiriblər. Layihənin rəhbəri Çubasa Nakamura bildirib ki, uçan avtomobilin ilk sınağı 2018-ci ilin sonuna yaxın baş tutacaq.
Uçan avtomobillər elə bir mövhumdur ki, bu fantastikanı ABŞ, Almaniya, Hollandiya, Çin və Yaponiyadan olan firmalar reallığa çevirmək istəyir.
Pünhan
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA











