Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
ABŞ Prezidenti Donald Tramp avtomobil istehsalçılarının tarif güzəştləri ilə bağlı müraciətini qəbul etməyib.
Avtosfer.az xəbər verir ki, bu qərar alüminium tədarükündə yaranan problemlər və xərclərin artması fonunda verilib.
Məlumata görə, “Ford” başda olmaqla bir sıra istehsalçılar təchizat zəncirindəki fasilələr səbəbindən Ağ Evdən vergi güzəştləri istəyiblər. Lakin Tramp administrasiyası yerli istehsalın qorunması siyasətindən geri çəkilməyərək bu tələbi rədd edib.
Problemin əsas səbəbi ötən payız Novelis şirkətinin Nyu-York ştatının Osveqo şəhərində yerləşən zavodunda baş verən yanğınlar olub. Bu müəssisə xüsusilə “Ford F-150” modellərinin istehsalı üçün vacib alüminium hissələri təmin edirdi və zavodun ən azı yay aylarına qədər fəaliyyət göstərməyəcəyi gözlənilir.
Mövcud vəziyyət “Ford” üçün ciddi maliyyə itkilərinə səbəb olub. Şirkət artıq təxminən 2 milyard dollar zərər gördüyünü açıqlayıb. Bundan əlavə, idxal olunan alüminiuma tətbiq edilən 50%-lik tariflər istehsal xərclərini daha da artırır.
Ağ Ev rəsmiləri bildiriblər ki, istehsalçıların narahatlıqları başa düşüləndir, lakin hazırkı şəraitdə tarif güzəşti üçün kifayət qədər əsas yoxdur. Analitiklər isə qeyd edir ki, tətbiq olunan rüsumlar yalnız idxal məhsullarına deyil, ümumi bazar qiymətlərinə də təsir göstərir.
Ekspertlərin fikrincə, yeni metal tarifləri fonunda ABŞ-də avtomobil qiymətlərinin artması və istehsal tempinin zəifləməsi ehtimalı yüksəkdir. Qeyd olunur ki, “Ford”un bu il idxal alüminiumuna görə əlavə 1 milyard dollar xərc çəkməsi gözlənilir.
Eltac Zülfüqaroğlu
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












