Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb.
"Əgər Çin bura gələrək öz maşınlarını istehsal etmək məqsədilə zavod açmaq istəsə, mən buna etiraz etmərəm. Yaponiyalılar bunu edirlər. Lakin onlar bizim vətəndaşlarımızı işə götürürlər. Ən mühüm məsələ onların bizim insanları iş yerləri ilə təmin etməsidir", - deyə ABŞ lideri qeyd edib.
Bununla yanaşı, Tramp Çin müəssisələrinin nəqliyyat vasitələrini aşağı xərclərlə Meksika ərazisində yığaraq ABŞ bazarına çıxarmasının əleyhinə olduğunu da diqqətə çatdırıb.
"Mən onların avtomobilləri aşağı xərclərlə Meksikada istehsal etməsini və sadəcə olaraq sərhədi keçərək ABŞ-yə gətirməsini istəmirəm. Buna qətiyyən yol verilməyəcək", - deyə o əlavə edib.
Vaşinqton və Pekin arasındakı iqtisadi-ticarət əlaqələrinə toxunan Tramp hazırkı dövrdə hər iki dövlət arasında durumun yaxşı olduğunu açıqlayıb.
"İndi Çinlə olan işlərimiz olduqca yaxşı irəliləyir. Əvvəllər vəziyyət çox pis idi, lakin hazırda hər şey qaydasındadır", - deyə ABŞ prezidenti fikrini yekunlaşdırıb.
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar











