Trampın qərarından sonra Amerika avtomobilləri bahalaşacaqmı?

Qlobal aktorların həyəcanla gözlədiyi hadisə baş verdi. Bir aylıq ləngimədən sonra ABŞ-nin yeni gömrük rüsumları qüvvəyə mindi. Bəs yeni tariflərin dünya iqtisadiyyatına hansı təsirləri olacaq? ABŞ bundan nə qazanacaq? Bu ölkədə istehsal edilən avtomobillərin qiyməti dəyişəcəkmi?
Avtosfer.az xəbər verir ki, Donald Tramp seçki kampaniyasında verdiyi vədi yerinə yetirdi. Avropa, Çin, Kanada, Yaponiya, Avstraliya və Meksikadan idxal olunan polad və alüminium məhsullarına tətbiq edilən rüsum artıq qüvvəyə minib. Bakı vaxtı ilə 12 mart saat 08. 01-də qüvvəyə minən qərar ABŞ-nin əsas ticarət partnyorları ilə yeni mərhələnin başlanğıcını qoyur. Yeni 25 faizlik rüsum istisnasız olaraq bütün mallara tətbiq edilir. Ağ Ev administrasiyasının məqsədi yerli istehsalçıları dəstəkləməkdir. Bununla belə, analitiklər qərarın heç də amerikalı istehsalçıya və istehlakçıya fayda verməyəcəyi qənaətindədirlər. Labüd qiymət artımı istehlakın azalması ilə nəticələnəcək.
Qərar Trampın rişxəndlə “bala Çin” adlandırdığı Avropa İttifaqında da ciddi narazılıq doğurub. Avropa rəhbərliyi cavab tədbiri olaraq okeanın o tayından gətirilən məhsullara aprelin 1-dən əlavə rüsum tətbiq ediləcək. Əsas hədəf avtomobil və gəmiqayırma sənayesi məhsullarıdır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, “Avropanın cavabı sərt, lakin proporsional olacaq. Gömrük rüsumları iş adamları üçün pis, istehlakçılar üçün daha da pisdir. İstər Avropada, istərsə də Amerikada iş yerləri təhlükə altına düşəcək, qiymətlər artacaq”.
Yeni qərarın əks təsirləri barədə amerikalı analitiklər də fikir yürüdüblər. ABŞ mətbuatındakı proqnozlara görə ölkə daxilində yaxın vaxtlarda daşınmaz əmlak və avtomobillərin qiyməti artacaq. Çünki metalın əsas istehlakçısı tikinti sektoru və avtomobil sənayesidir. Yeni qərar ABŞ istehsalı olan avtomobillərin rəqabət qabiliyyətini azaldacaq. Məhsulun maya dəyərinin artmasına paralel olaraq, bir çox ölkədə əlavə rüsum da ödəmək lazım gələcək. Uzun illərdir Yaponiya və Avropa modelləri ilə rəqabətdə uduzan amerikalı istehsalçıların vəziyyəti çox da ürəkaçan olmayacaq.
Təbii ki, burada söhbət təzə avtomobillərdən gedir. bu bahalaşma dərhal deyil, yaxın aylarda hiss ediləcək. ABŞ-dən idxal edilən ikinci əl avtomobillərdə isə bahalaşma çox gec baş verəcək. Bu artımın çox ciddi olması gözlənilmir. Axı söhbət təkcə ABŞ istehsalı olan maşınlardan getmir.
Vüqar
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO











