Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək

“Volkswagen” Qrupunun İspaniyanın məşhur “SEAT” markasının gələcəyini ciddi şəkildə nəzərdən keçirdiyi barədə yeni məlumat yayılıb. “SEAT”ın 2029-cu ildən sonra fəaliyyətinin dayandırılması mümkün ssenarilərdən biri kimi göstərilir.
Avtosfer.az xəbər verir ki, şirkət isə hələlik yekun qərar verilmədiyini və “bütün variantların açıq olduğunu” bildirir. Məsələ “Volkswagen”in daha böyük restrukturizasiya planının fonunda ortaya çıxıb. Qrup 100 minə qədər iş yerinin ixtisarı, model çeşidinin ciddi şəkildə azaldılması və istehsal güclərinin optimallaşdırılmasını nəzərdə tutan plan həyata keçirir.
“SEAT” üçün vəziyyəti maraqlı edən odur ki, “Volkswagen” son illərdə daha çox “Cupra” markasına üstünlük verir. “SEAT” isə 2021-ci ildən ciddi yeni model yenilənməsi almır. Buna baxmayaraq, marka 2027-ci ildə “Ibiza” və “Arona”nın hibrid versiyalarını, 2028-ci ildə isə “Leon”un tam hibrid versiyasını təqdim etməyi planlaşdırır.təkcə bir şirkətin ixtisarından yox, Avropa avtomobil sənayesində gedən böyük dəyişiklikdən gedir.
Səfər
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












