“Volkswagen” bir milyard avro cərimələnib

Almaniyanın Braunşveyq şəhər prokurorluğu “Volkswagen” avtokonsernini dizel qalmaqalı ilə əlaqədar bir milyard avro məbləğində cərimələyib. Oxu.az xəbər verir ki, bu haqda şirkətin yaydığı pres-relizdə deyilir. Avtokonsern öz təqsirinə görə məsuliyyət daşıdığını bildirərək, cərimə ilə razılaşıb və qərardan apelyasiya məhkəməsinə şikayət etməyəcək. İstintaq nəticəsində məlum olub ki, avtokonsern dizel mühərriki ilə təchiz olunmuş 10, 7 milyon avtomobilin texniki baxışı ilə bağlı qaydaları pozub. Həmin avtomobillər texniki baxış zamanı havanı çirkləndirən zərərli maddələrin göstəricilərini saxtalaşdırmağa kömək edən qanunsuz proqram təminatı ilə təchiz olunub.
Xatırladaq ki, “Volkswagen” şirkətinin dizel mühərrikləri ilə bağlı qalmaqal 2015-ci ildə ABŞ-da meydana gəlib. Almaniyadan əvvəl ABŞ hökuməti avtokonserni milyardlarla dollar məbləğində cərimələyib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












