“Volkswagen” müştərinin sifarişini 37 il sonra icra etdi

1987-ci ildə “Volkswagen Golf almış” amerikalı müəllimin sifarişi yerinə yetirilib.
Avtosfer.az xəbər verir ki, 1987-ci ildə “Volkswagen” şirkəti ABŞ-da belə bir kampaniya təşkil edir: hər kəs Almaniyadakı zavoda gedərək özü avtomobil seçə bilər.
Avropada bir neçə günlük gəzintidən sonra maşını okeanın o tayına şirkət özü aparacaq.
Reklam kampaniyası uğurla keçir və minlərlə amerikalı bu yolla Avropa ilə tanış olur. Bunların arasında Çarlen Conson adlı müəllim də olur. Niderlanda qısa müddətə təyinat alan qız da kampaniyadan xəbər tutaraq özü üçün bir “Golf” kabriolet seçir. Məqsəd 2 aydan sonra vətənə qayıtmaq idi, lakin hər şey bir anda dəyişir.
Conson maşını alandan bir neçə gün sonra bir niderlandlı ilə ailə qurur, uşaqlarını dünyaya gətirir və elə bu ölkədəcə yaşamağa başlayır. “Golf” onun gəlin maşını olur. Sonradan ailə bu maşınla bütün Avropanı dolaşır.
Hadisənin üzərindən 37 il keçdikdən sonra – 2024-cü ildə qadın doğma Montana ştatında ev alır və ora köçür. Lakin maşın da unudulmur. O, məsələ ilə bağlı “Volkswagen” şirkətinə müraciət edərək 1987-ci ildəki razılaşmanı xatırladır.
Alman şirkəti müqavilədən irəli gələn öhdəliyinə əməl edərək maşını xüsusi konteynerlə Amerikaya göndərir. 2024-cü ildə gəmi ilə yola salınan maşın bir neçə gün əvvəl sahibinə təslim edilib. Bu həm də alman istehsalçı üçün yaxşı reklam olub.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












