Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI

Gündəlik həyatımızda elektrikli avtomobillərin istifadəsi getdikcə artır. İnsanlar bu texnologiyaya üstünlük verir, çünki elektrikli avtomobillər həm ekoloji cəhətdən təmizdir, həm də yanacaq xərclərini azaldır. Müasir modellər xüsusi şarj cihazları vasitəsilə enerji alır və müxtəlif texnoloji imkanlarla təchiz olunub. Bu, sürücülərə avtomobilin idarə olunmasını daha rahat edir və gündəlik səyahətləri asanlaşdırır.
Bununla yanaşı, elektrikli avtomobillərlə bağlı bir sıra maraqlı və aktual suallar ortaya çıxır. Məsələn, güclü yağışlı günlərdə şarj zamanı avtomobilin elektrik sisteminə və sürücünün təhlükəsizliyinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, bütün elektromobillərin yüksək gərginlik sistemi sudan qorunma standartına malikdir və onlara suyun və yağışın düşməsi təsir etmir. Müəyyən zaman keçdikcə isə su izolyasiyasını təmin edən rezinlər və plastiklər xarab ola bilər və bu, müəyyən problemlər yarada bilər:

“Lakin əgər avtomobil qəza keçiribsə və akkumulyator və ya naqilləri zədələnibsə, adi halda bu problem yaratmaya bilər. Lakin zamanla və suya məruz qalmaqla elektrik qaçması əmələ gələ bilər və avtomobil özü-özünü bloklayar. Qeyd etmək lazımdır ki, elektromobillərdə yüksək gərginlik sistemi tam izolyasiya olunur və bu izolyasiyanın yoxlanması davamlı həyata keçirilir. Əgər izolyasiyada pozulmalar olsa, avtomobil özünü yüksək gərginlik sisteminin relaysına atır və akkumulyatordan avtomobilə yüksək gərginliyin verilməsi dayandırılır. Bu, avtomobilin qorunmasını təmin edir. Şarj zamanı istifadə etdiyimiz qurğular normaldırsa, heç bir təhlükə yoxdur. Əsas diqqət yetirmək lazımdır ki, şarj alətini qoşarkən onun hissələri nəmdirsə və ya uc hissəsi nəmə məruz qalıbsa, istifadə etməyək. Əgər alət quru vəziyyətdədirsə və yağışlı hava yoxdursa, problem yaranmır. Bu təməl sistemlər sudan qorunmaq üçün hesablanıb. Hər zaman şarjdan əvvəl şarj alətinin vəziyyətinə baxmaq, zədələrin olub-olmadığını yoxlamaq vacibdir”.
Nurcan Babək
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










