Yaxın Şərqdəki böhran avtomobil sənayesinə necə təsir edəcək?

Artıq bir həftədir dünyanın diqqəti İrana yönəlib. Bu qarşılıqlı hücumların avtomobil sənayesinə təsiri də labüddür.
Avtosfer.az xəbər verir ki, artıq birjalarda neft bahalaşıb. Bu da yanacağın qiymətinin artması ilə nəticələnəcək. Hələlik Avropadakı yanacaqdoldurma məntəqələrində hansısa qiymət artımı yoxdur. Lakin münaqişə uzandığı təqdirdə xam neft qıtlığı yaranacaq və bahalaşma labüd olacaq. Çünki bir neçə böyük tanker Hörmüz boğazında gözləyir.
Vəziyyətdən avtomobil istehsalçıları da ciddi narahatlıq keçirirlər. boğazın bağlanması avropalı istehsalçıların logistika zəncirini poza bilər.
Çindən Avropaya ən yaxın marşrut Qırmızı dənizdən keçir. Bu yol bağlı olduqda gəmilər Afrikanın cənubundan dolanmalı olacaq. Bu da azı 2 ay əlavə yol və artıq xərc deməkdir. Logistika xərclərinin artması təzə avtomobil qiymətlərində özünü göstərəcək.
Hələlik Avropanın tanınmış istehsalçılarının anbarlarında istehsalın davamlılığını təmin etmək üçün “təhlükəsizlik ehtiyatı” mövcuddur. Lakin bu ehtiyatlar limitsiz deyil.
Artıq ən böyük gəmiçilik şirkətlərindən “Maersk” qırmızı dəniz vasitəsi ilə bütün daşımaları dayandırıb.
Bu vəziyyət bir daha göstərir ki, Azərbaycan üzərindən reallaşan Orta Dəhliz daha təhlükəsiz və çevik marşrutdur.
Vüqar
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












