250 manatlıq radar gəldi, polisləri söyüb təhqir etdi - BAKIDA - VİDEO

Avtoreyd 19 May 2017 11:28 Oxunub 9432
250 manatlıq radar gəldi, polisləri söyüb təhqir etdi - BAKIDA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər yaxşı ki orada radar qurur

99-YP-503 qeydiyyat nişanlı YPX avtomobilində xidmət aparan əməkdaşlar Zığ şossesində radar qurduqlarına görə bir sürücü tərəfindən haqsız qınanılaraq təhqir olunublar.

Çəkdiyi videonu sosial şəbəkələrdə yayıb polisi haqsız yerə qınayan sürücünün hərəkətinə qısaca şərh vermək istəyirik. Həmin sürücü qeyd edir ki,yolda nizamlanmayan piyada keçidi nişanı və sürəti bildirən 50 nişanı var. Polislər 50 ilə radar qurub hamını çəkir və onuda təsdiq edir ki, özü də həmin yerdə intizamsızlıq etdiyi üçün 250 manat miqdarında cərimə edilib. 

Polislər yaxşı ki orada radar qurur. Yoxsa bu cür ağılda, təffəkürdə, mədəniyyətdə olan ruhi xəstə sürücülər həmin piyada keçidində piyadaları öldürər. Nizamlanmayan piyada keçidində piyadaların təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini mütləq aşağı salmaq lazımdır. Bu təkcə bizim ölkədə deyil, bütün dünyada belədir. Lakin bizim ölkədə hərəkət sürətini aşağı salanda gərək həmin yola mütləq radar qoyasan ki, sürücülər asta getsin.Yoxsa bu ağılda olan sürücülər heç vaxt 50 ilə sürməz.

Ona görə də bu sürücü polisi yox,ilk növbədə özünü qınayıb deməlidir ki,mən niyə bu yolda tərbiyəsizlik etmişəm ki, mənə 250 manatlıq radar gəlib. Avosfer.az həmin videonu təqdim edir:

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh