Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR

İngiltərənin paytaxtı Londonda bir həftə ərzində dəyəri təxminən 6 milyon funt sterlinq olduğu təxmin edilən 60-dan çox "super avtomobil"ə həbs qoyulub.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, cərimə meydançasına toplanan maşınlar arasında “McLaren”, “Bentley”, “Rolls Royce”, “Ferrari” və “Lamborghini” kimi lüks avtomobillər də var.
Belə ki, Vestminster sakinləri bəzi sürücülərin avtomobili yüksək sürətlə idarə etməsindən və ərazidən “yarış meydançası” kimi istifadə olunmasından polisə şikayət ediblər.
Bundan sonra paytaxt polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sığorta fırıldaqçılığı, sükan arxasında mobil telefondan istifadə, təhlükəsizlik kəmərindən istifadə etməmək və ehtiyatsız avtomobil idarə etmək kimi cinayətlərdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Vestminster Şəhər Şurası bildirib ki, yay aylarında bu cür nizamsız sürücülük davranışı daha da artır.
Namiq Musayev




Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
Masallıda toy karvanında "avtoşluq" edənlər tutuldu - FOTO
Avtomobillərin hərəkətinə nəzarət üçün yol ayrıclarında xüsusi mikrofonlar quraşdırılacaq











