Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Avtoreyd
15 May 2024 17:23
Oxunub 7264
Şəhərdə hərəkət edən zaman siqnal səsləri hər birimizi narahat edir. Lüzumsuz yerə siqnal vermək isə həm qanunla qadağandır, həm də insanlarda diskomfort yaradır. Avtosfer.az Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə bu məsələni araşdırıb.
Şəhər mərkəzində apardığımız çəkilişlər zamanı svetoforda dayanan sürücülərin lüzumsuz yerə siqnal verdiyinin şahidi olduq. Yol polisi əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq qanunun tələblərini izah etdilər. Bildirildi ki, bu əməl inzibati məsuliyyət yaradır və 30 manat məbləğində cəriməsi var.
Paytaxt sakinləri də bu məsələdən narahatlıqlarını ifadə etdilər.
Təqdim edəcəyimiz videomateriala baxaraq bir daha düşünməyinizi xahiş edirik.
Orxan Əli
Elməddin Muradlı
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR