6 tələbənin ölümü dərs olmadı – Yenə qanunsuz sərnişin daşıyırlar - VİDEO

Sumqayıt şəhərində qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları 22 avtobusu cərimə meydançasına aparıblar. DYP-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların bəzilərində konstruksiya dəyişiklikləri var, əlavə oturacaqlar quraşdırılıb. O da məlum olub ki, sürücülərin yarıdan çoxunun həmin avtobusları idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququ yoxdur.
DYP sərnişinlərə, tələbələrə, valideyinlərə müraciət edərək bildirir ki, bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan insanlara öz həyatlarını etibar etməsinlər. “Yaxşı olardı ki, Sumqayıt-Bakı istiqamətində gedib-gələn sərnişinlər avtovağzallarda fəaliyyət göstərən avtobuslardan, həmçinin elektrik qatarından istifadə etsinlər. DYP bir daha bildirir ki, bir neçə ay əvvəl 6 tələbənin ölümü ilə nəticələnmiş məlum qəzanın olduğunu nəzərə alaraq insanlar bu cür qanunsuz fəaliyyətlə məşğul olan, istifadəyə yarasız avtobuslardan istifadə etməsinlər”.
Reydin keçirilməsində əsas məqsəd sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək və nizam-intizamı gücləndirməkdir.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq şəhər sakinləri də öz həyatlarını təhlükəyə ataraq qanunsuz fəaliyyət göstərən mikroavtobus və avtobuslardan istifadə edirlər. Elə bunun nəticəsidir ki, yollarda ağır qəzalar baş verir.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
















