Ağac altında avtobus gözləyənlər - PROBLEM - VİDEO

Xaçmaz-Xudat yolunun üzərində yerləşən sərnişin dayanacaqlarının əksəriyyəti bu vəziyyətdədir. Müasir dövrün tələblərinə cavab verməyən dayanacaqların əksəriyyətinin istismar müddəti bitib, ya da qəzalı vəziyyətdədir. Ona görə də bu dayanacaqlardan istifadə edənləri barmaqla saymaq olar. Bu üzdən əksər vətəndaşlar ağacların altında dayanmağa üstünlük verir.
Dayanacaqlar antisanitar vəziyyətdə olmaqla yanaşı, divarlarına müxtəlif sözlər yazılıb. Əraziyə nəzarət edən 5 saylı Yol İstismar İdarəsinin rəisi İskəndər Hacıyev məsələ ilə əlaqədar bildirib ki, yol qurğularını korlayan, ziyan verən şəxslər barəsində vaxtaşırı müvafiq orqanlara müraciət edilir. Bununla yanaşı, qarşıdakı dövrdə bir sıra dayanacaqların təmir edilməsi nəzərdə tutulub: "Gəndobdan Xaçmaza kimi olan dayanacaqlar təzələnib. Yol təmir olunan zaman yararsız vəziyyətdə olan dayanacaqlar bərpa olunub. Xaçmazdan Xudat istiqamətində olan dayanacaqlar 60-70-ci illərin dayanacaqlarıdır. Çay daşlarından tikilən dayanacaqlardır. Bu il onların sökülməsinə qərar vermişik. Hissə-hissə əhəmiyyətinə görə yeni dayanacaqlar tikməyi nəzərdə tutmuşuq".
5 saylı Yol İstismar İdarəsinin balansında 34 avtobus dayanacağı var. Bunlardan 2-si Xaçmaz-Quba, 1-i Qusar-Xudat, geriyə qalan 31-i isə Gəndob-Xaçmaz-Qusar-Rusiya Federasiyasının dövlət sərhədi avtomobil yolunun ərazisinə düşür.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











