Alonso: “Mən Bakıya aşiq oldum”

Hazırda Kanadada olan və sıralanma turuna hazırlaşan McLaren Honda komandasının sürücüsü Fernando Alonso gələn həftə ölkəmizdə keçiriləcək Avropa Qran Prisi haqqında jurnalistlərə xoş sözlər söyləyib.
F-1.az xatırladır ki, mart ayının ilk günlərində Fernando Alonso Bakı yarışının rəsmi səfiri seçilmişdi. İspaniyalı sürücü jurnalistlərə bildirib ki, onun bu qərarında müəyyən rolu Renault komandasının keçmiş başçısı Flavio Briatore oynayıb – italiyalı mütəxəssis Bakı ilə çoxdan maraqlanırmış…
Fernando Alonso: “Hər şey keçən il başladı, Flavio mənə zəng etdi, mənimlə danışdıqdan sonra McLaren-in başçısı ilə danışdı. Yarışın təşkilatçılarına təbliğat üçün sürücülər lazım idi. Mən bütün məlumatları təhlil etdim və başa düşdüm ki, Bakı yarışı maraqlı olmalıdır.
Mart ayında Bakıda oldum və şəhərə aşiq oldum. Mən bu Qran Prini təbliğ etməyə başladım – bunun mənə də xeyri ola bilər. Düzdür, mən çoxdandır yarışlarda qələbə qazanmıram, amma məndə olan təcrübəni insanlara göstərmək yaxşı bir işdir. Məncə, Bakı yarışı möhtəşəm olacaq. Çox güman ki, McLaren üçün yarış elə də uğurlu olmayacaq – tras bizim maşına uyğun gəlmir, amma güclü komandaların trasdan xoşları gələcək”.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











