Atmosferi çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib - Ucarda

Ucarda atmosferi normadan artıq dəm qazı ilə çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarından Ucar Rayon Yol Polisi Bölməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri reyd zamanı, 40-a yaxın avtomobil saxlanılıb, 30-a yaxın sürücüyə inzibati protokol tətbiq olunub. İnzibati protokollar əsasən yoxlamalar zamanı müəyyən edilmiş atmosferi ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirən avtomobil sahiblərinə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, əlavə avadanlıq quraşdıranlara, sürücülük hüququ olmadan avtomobil idarə edənlərə tətbiq olunub. Yol Polisi Bölməsinin baş inspektoru Seymur Tağıyev reydin keçirilməsində əsas məqsədin atmosferin zərərli maddələrlə çirklənməsinin qarşısının almaq, yollarda baş verən qəzaların, sürət həddini aşan, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, texniki baxışdan keçməyən sürücüləri aşkar etməkdən ibarət olduğunu deyib. Rəis müavini qeyd edək ki, reydlər bu ayın sonlarına kimi mütəmadi olaraq davam edəcək. Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











