"Audi" günün günorta çağı maşınları vurub qaçdı - VİDEO
Avtoreyd 28 İyun 2016 02:17 Oxunub 5269
"Audi" günün günorta çağı maşınları vurub qaçdı - VİDEO
Sürücü "avtoşluq" edərkən 2 maşını əzdi

Türkiyədə, sürət magistralında "Audi" markalı avtomobilin "Renault" və "Seat" avtomobillərini əzməsini əks etdirən video yayılıb. Avtosfer.az xəbər verir ki, sağ zolaqla hərəkət edən ağ "Audi" qəfildən kəskin manevrlər edir, iki maşının arasından keçərək ötmə əməliyyatı yerinə yetirmək istəyir. Lakin, o, güzgüdən "ölü zona"ya düşən "Reno"nu görmür. 1.4 mühərrikli "Renault"a sahib sürücü isə yüngül zərbədən özünü itirir, idarəetməni itirir və "Seat" markalı maşınla toqquşur. "Audi"nin hadisə yerindən qaçdığı bildirilir.

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh