Avropa Qran Prisinin səfirindən möhtəşəm qol - VİDEO

Hər il Monako QP-dən əvvəl ənənəvi olaraq keçirilən xeyriyyə məqsədli futbol oyununun qalibi Formula1 sürücüləri olublar. Dünən axşam keçirilən oyunda Monako knyazı II Albertin lideri olduğu və Loris Kapirossi ilə Maks Byaççinin də heyətində olduğu Ulduzlar komandası, Fernando Alonsonun kapitanı olduğu və Massa, Ferstappen Sayns, Nasr və Verlyaynın heyətində olduğu Formula1 komandasına qarşı mübarizə aparıblar. Oyunda sabiq futbolçulardan Uilyam Qallas və Emanuel Peti də iştirak edblər. Bu mövsüm İngiltərə Premyer Liqasında Leicester City komandası ilə tarixi çempionluq qazanan Klaudio Ranyeri Ulduzlar komandasına baş məşqçilik edib. Formula 1 komandası oyuna yaxşı başlayıb və qısa müddət ərzində atdıqları qollarla oyunda 3-1 hesablı qələbə qazanıblar. Qollardan ikisi Fernando Alonsodan, biri isə Maks Ferstappendən gəlib.
Alonsonun cərimə zərbəsindən Sebastyan Freyə atdığı qol sosial şəbəkələrdə səs-küyə səbəb olub. İspaniyalı sürücüyə bu qoluna görə sosial şəbəkələrdə “Fernando Alonso deyil, Çabi Alonsodur” şərhləri yazılıb. Maraqlıdır ki, Alonsonun cərimə zərbəsindən vurduğu bir top qapı tirindən qayıtdığı halda, digərini qapıçı son anda qaytara bilib…
F-1.az xatırladır ki, Formula1-də hər il Monako QP-dən əvvəl xeyriyyə məqsədi ilə futbol oyunu təşkil edilir və bu oyunda məşhurlarla Formula1 sürücüləri iştirak edirlər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











